Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri olan Slovakiya və Belarus bugünkü ilk turda üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, proqnozsevərlər, bukmekerlər və ekspertlərin əsas diqqəti A liqasına yönəlsə də, C liqasının matçı da unudulmayıb.
Futbol şərhçisi Nikolay Xodaseviç 3-cü qrupun görüşünə proqnoz verib. O, meydan sahiblərini təkcə matçın deyil, qrupun favoriti sayır:
Slovakiya yığması Millətlər Liqasının 3-cü divizionunda qrupunun favoritidir. Qazaxıstan, Azərbaycan və Belarus komandaları təəccübləndirməyə çalışacaq. Amma sensasiya üçün xüsusi bir əsas görünmür.
Slovakların ilk rəqibi olan Belarus Avropa futbolunun ortababı statusunu çoxdan itirib. BATE-nin Çempionlar Liqası və Avropa Liqasındakı uzunmüddətli uğurlarından sonra bu ölkənin klubları avrokuboklarla bağlı xəyal da qurmur. İslahatlardan sonra liqanın da səviyyəsi çox düşüb. Çünki maaşlara və start heyətində gənclərin olmasına limit qoyulub.
Belarus yığması əsasən yerli çempionatdan olan oyunçularla komplektləşib. Bu da o deməkdir ki, iyundakı 4 matçda kifayət qədər uğursuz nəticələr olacaq. Ən azı Slovakiya ilə matçda müsbət nəticə şansı çox azdır.
Proqnozum: 1 (F1)