Serxio Riko PSJ-nin oyununda
29.11.2023 - 12:05
Serxio Riko PSJ-nin oyununda

PSJ-nin qapıçısı Serxio Riko xəstəxanadan çıxandan sonra ilk dəfə klubun ev oyununu stadiondan izləyib.

Apasport.az xəbər verir ki, 30 yaşlı qolkiper Çempionlar Liqasının V turunun “Nyukasl”la matçında tribunada olub.

Mayın 28-də futbolçu atdan yıxıldıqdan sonra başından zədə alıb. Hadisə vaxtı at dırnağı ilə futbolçunun boynunu əzib. 

Qapıçıya beyin qanaması diaqnozu qoyulub və sonradan komaya düşüb. Avqustun əvvəlində beyin anevrizmasının çıxarılması üçün əməliyyat olunan futbolçu yayın sonunda xəstəxanadan buraxılıb.
 

writer photo
Əlirza Əlirzalı
0