Sevgilisindən Ronaldoya bayram hədiyyəsi - “Rolls Roys”
26.12.2022 - 15:43
Sevgilisindən Ronaldoya bayram hədiyyəsi - “Rolls Roys”

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesdən aldığı Milad hədiyyəsi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu barədə 37 yaşlı futbolçunun özü paylaşım edib.

O, Corcinanın ona bağışladığı qırmızı lentlə bağlanmış “Rolls Roys” avtomobilinin şəklini paylaşıb. Ronaldo “Təşəkkür edirəm, mənim sevgim” sözlərini də qeyd edib. Rodriges isə hədiyyəni təqdim etdiyi anın videosunu paylaşıb.

Qeyd edək ki, Portuqaliya millisinin futbolçusu “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent statusuna malikdir.
 

writer photo
Əlirza Əlirzalı
0