"Neftçi" sabiq futbolçusunu qaytarmaq istəyir
15.11.2023 - 13:41
"Neftçi" sabiq futbolçusunu qaytarmaq istəyir

“Zirə”nin futbolçusu Məqsəd İsayev bu mövsüm komandanın heyətindəki performansı ilə digər klubların transfer siyahısına düşüb.

Apasport.az saytına verilən məlumata görə, “Zirə” ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatan müdafiəçi “Neftçi”nin maraq dairəsindədir.

Yerli oyunçu sarıdan sıxıntı yaşayan və əlindəki alternativ siyahısını genişləndirmək istəyən “ağ-qaralar” İsayev üçün yayda hərəkətə keçəcək. İsayevin sabiq komandasına geri dönüşünün alınıb-alınmayacağı yayda dəqiqləşəcək.

Qeyd edək ki, hazırda “Zirə”nin aparıcı futbolçusu olan İsayevin klubla müqaviləsi iki ildən sonra bitəcək.

writer photo
Əlirza Əlirzalı
0