“Sevilya” Kundeni saxlaya bilmir
18.07.2022 - 22:46
“Sevilya” Kundeni saxlaya bilmir

“Sevilya” müdafiəçisi Jül Kundeni komandada saxlaya bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb Avropanın top-klublarının gənc futbolçu uğrunda gərgin mübarizə aparmasıdır.

Xüsusən də, “Barselona” ilə “Çelsi” Fransa millisinin üzvünü heyətinə cəlb etmək üçün yarışır. Bu mübarizədə Premyer Liqa təmsilçisi maliyyə baxımından favorit hesab edilir. Lakin 24 yaşlı oyunçu özü İspaniyada qalmaq və “Barselona”da oynamaq arzusundadır.

Qeyd edək ki, Jül Kundenin “Sevilya” ilə müqaviləsi 2024-cü ilə qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0