Silva “Mançester Siti”yə rəqib tanımadı
06.09.2023 - 23:06
Silva “Mançester Siti”yə rəqib tanımadı

David Silva “Mançester Siti”nin Premyer Liqadakı çempionluq şansları barədə danışıb.

Apasport.az saytı xəbər verir ki, ispaniyalı futbolçu mübarizədə əsas rəqibin adını çəkib.

Silva ardıcıl 4-cü çempionluq yolunda “Arsenal”ın onun keçmiş komandasına mane ola biləcəyini deyib: “Mançester” Siti əla futbolçulardan ibarət komandadır. Xosep Qvardiola klubda səkkizinci mövsümünü keçirir. Çətin ki, çempionluq yarışında “şəhərlilər”ə kimsə mane ola bilsin. Yalnız “Arsenal” onlarla yarışa bilər”.

Qeyd edək ki, “Mançester Siti” mövsümə əla start götürüb. Komanda 4 oyundan sonra maksimum nəticə göstərib.
 

writer photo
Əlirza Əlirzalı
0