Murat Dikmen: "Matç ilk dəqiqlərdən bizim nəzarətimiz altında keçdi"
02.05.2024 - 10:32
Murat Dikmen: "Matç ilk dəqiqlərdən bizim nəzarətimiz altında keçdi"

"Matç ilk dəqiqlərdən bizim nəzarətimiz altında keçdi".

Apapsort.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Sərhədçi” ilə görüş barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Türkiyəli mütəxəssis həm hücumda, həm də müdafiədə aqressiv oyun nümayiş etdirdiklərini deyib: "Rəqibimizin hansı planla çıxış edəcəyinin fərqində idik. Ona uyğun olaraq da özəl müdafiə sistemi qurmuşduq. Böyük fasiləyə də istədiyimiz kimi yollanmağı bacardıq. Eyni zamanda rəqibimizin geridönüş etməsinə imkan vermədik. Pley-off mərhələsi olduğu üçün həm müdafiə sərtliyi, həm də hücumdakı fərqli seçimlərin olması bizim üçün çox vacib idi. Bu görüşdə də istədiklərimizi həyata keçirməyi bacardıq".

O, heyətdəki zədəli oyunçuların son durumundan bəhs edib: "Amil Həmzəyevin zədədən sonra istədiyimiz performansı göstərməsi, Ceremi Maklaflinin də rahat oynamağına şərait yaratdı. Əlavə olaraq digər basketbolçularımız da üzərinə düşənləri artıqlaması ilə yerinə yetirdi. Platek təxminən bir aydır zədəli durumda idi və bu gün ilk matçına çıxdı. Endruyunun meydanda olmağı rəqib müdafiəçilərin daha diqqətli olmasına gətirib çıxarır və onun müqabilində digər oyunçularımız daha uyğun mövqelərdən atışlar edirlər. Gün keçdikcə 3 xallıq atışlarını bərpa edəcək və daha yaxşı performans göstərəcəyinə ümid edirəm. Əlavə olaraq Səid İsmayılov da müdafiədə önəmli işlər gördü".

M. Dikmen komandasının bu qarşılaşmada çox yaxşı mübarizə apardığını vurğulayıb: "Xüsusi bir səbəbə görə Yusuf Muhammed bu görüşdə heyətdə yer almamışdı. Pley-offda bütün oyunçularıma ehtiyacım var. İstədiyimiz performansı yenidən göstərməyə başlamışıq. Bundan sonra ümid edirəm ki, həm mental, həm də fiziki vəziyyətimizi istədiyimiz səviyyəyə yüksəldərik".
 

writer photo
Əlirza Əlirzalı
0