Simeone: “Özümü “Real”da, Ronaldonu da “Atletiko”da görmürəm”
18.10.2022 - 12:32
Simeone: “Özümü “Real”da, Ronaldonu da “Atletiko”da görmürəm”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun komandasına keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis bunu mümkünsüz adlandırıb.

Təcrübəli çalışdırıcı bildirib ki, 37 yaşlı portuqaliyalı ilə heç vaxt danışıq aparılmayıb: “Mən heç vaxt Kriştiano Ronaldo ilə bura gəlməsi üçün danışmamışam. Özümü “Real”da görmədiyim kimi, Kriştianonu da “Atletiko”da görmürəm”.

Qeyd edək ki, 52 yaşlı Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Onun rəhbərliyi altında komanda 592 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0