Simeoneyə Almaniyadan təklif
01.08.2022 - 16:48
Simeoneyə Almaniyadan təklif

Dortmund “Borussiya”sı “Verona”nın hücumçusu Covanni Simeone ilə maraqlanır.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu xaya xərçəngi diaqnozu qoyulan Sebastyen Allenin əvəzedicisi kimi Dieqo Simeonenin oğlunu nəzərdən keçirir.

Ancaq argentinalı forvardı transfer etmək heç də asan görünmür. Çünki “Napoli” başda olmaqla bir neçə klub Covanninin keçidində maraqlıdır. Onun “Verona” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Qeyd edək ki, Covanni Simeone ötən mövsüm A seriyasında 17 qolla “Verona”nın bombardiri olub.

writer photo
Əlirza Əlirzalı
0