Skaloni ilə müqavilənin müddəti uzadılacaq
15.02.2023 - 22:57
Argentina millisinin baş məşqçisi Lionel Skaloni tezliklə yerli federasiya ilə müqaviləsini uzadacaq.
Apasport.az xəbər verir ki, 44 yaşlı mütəxəssisin yeni anlaşması 2026-cı ilin iyuluna qədər, yəni növbəti dünya çempionatının sonuna kimi olacaq.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina yığmasını çalışdırır. O, komandanı ötən ilin sonunda dünya çempionu edib.
0
0