Lamdan FIFA-ya tənqid: "Onlar şəxsi mənfəəti üstün tuturlar"
17.12.2022 - 20:07
Lamdan FIFA-ya tənqid: "Onlar şəxsi mənfəəti üstün tuturlar"

“Ərəb regionunun öz futbol mədəniyyəti var, onu dünya çempionatının köməyi ilə gücləndirmək olardı".

Apasport.az xəbər verir ki, bunu Almaniya yığmasının sabiq müdafiəçisi Filipp Lam deyib.

O, Qətərin 2022-ci il dünya çempionatına ev sahibliyi etməsini tənqid edib: "Mərakeş 5 dəfə ev sahibi olmaq üçün müraciət edib. Amma FIFA bu ölkədən yan keçərək, futbolun siyasi alət kimi göründüyü Qətərə turniri verdi. Pul dünyanı idarə edir. FIFA və UEFA-nı idarə edənlər şəxsi mənfəəti ümumi mənafedən üstün tuturlar”.

Qeyd ed'k ki? Argentina və Fransa yığmaları arasında dünya çempionatının finalı sabah keçiriləcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyun turnirin əsas stadionu – "Lusail Arena"da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0