Şkrinyarın PSJ-dəki maaşı bilindi
11.07.2022 - 12:11
Şkrinyarın PSJ-dəki maaşı bilindi

“İnter”in müdafiəçisi Milan Şkrinyarın PSJ-yə transferi rəsmiləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun fransızlarda alacağı məvacib də müəyyənləşib.

Hətta Slovakiya millisinin üzvünün PSJ ilə müqavilə imzaladığı da bildirilir. Anlaşmaya əsasən o, ildə 7,5 milyon avro maaş və illik 1,5 milyon avroya qədər bonuslar qazanacaq.

Şkrinyarın “İnter”lə sözləşməsi gələn ilin yayına qədər olduğundan, transferin tezliklə reallaşması gözlənilir. Bu keçid “İnter”ə 60-70 milyon avro qazandıracaq.

Qeyd edək ki, Milan Şkrinyar ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0