Sonya: “Federasiya prezidenti mənə çeynəməli konfet kimi baxırdı”
10.01.2023 - 17:27
Sonya: “Federasiya prezidenti mənə çeynəməli konfet kimi baxırdı”

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre növbəti dəfə qalmaqala səbəb olub.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl Zinəddin Zidan barədə fikirləri üzündən ciddi tənqidlərə məruz qalan və sonda üzr istəyən qurum rəhbəri bu dəfə seksual zəmində ittiham olunur.

Futbol agenti Sonya Suid federasiya prezidentinin ona qarşı davranışlarını açıqlayıb: “Onda mənim 28, onun 72 yaşı var idi. O, heç vaxt mənə agent kimi baxmırdı. Mənə çeynəməli konfet kimi baxırdı. Kobud desək, o, məni həmişə əylənə biləcəyi insan kimi görürdü. Bu, alçaldıcı və ağrılı idi”.

Sonya 2014-cü ildə başına gələnləri də etiraf edib. Agent bildirib ki, Le Qre qadın futbolu ilə bağlı konfidensial məsələlərin müzakirəsi üçün onu Parisdəki evinə çağırıb. 

Suid federasiya prezidentinin evində şampanla dolu iki qədəh görüb. Agent iddia edir ki, Le Qre ona yaxınlıq eyham edib. Bundan sonra bəhanə tapan Sonya federasiya prezidentinin evindən qaçıb.

Qeyd edək ki, Le Qre 2011-ci il iyunun 18-dən federasiyaya rəhbərlik edir.
 

writer photo
Əlirza Əlirzalı
0