Şota Arveladze istefa verdi
10.03.2024 - 13:37
Şota Arveladze istefa verdi

Türkiyə Superliqa təmsilçilərindən "Fatih Karagümrük" klubu baş məşqçisiz qalıb.

Apasport.az xəbər verir ki, Şota Arveladze çempionatın 29-cu turunun "Trabzonspor"la matçından sonra istefa verib.

Klub rəhbərliyi gürcü məşqçiyə inandığını bildirsə də, o, postunda qalmaq istəməyib.

Şota futbolçu kimi 1993-1997-ci illərdə "Trabzonspor"da oynayıb. Daha sonra "Ayaks", "Reyncers", "AZ Alkmaar". "Levante"də çıxış edib.

Qeyd edək ki, "Fatih Karagümrük" Superliqada 29 turdan sonra 29 xalla 16-cı pillədə qərarlaşıb. 

writer photo
Əlirza Əlirzalı
0