“Spartak”ı “Fənərbaxça”ya dəyişə bilər
14.07.2022 - 00:00
Moskva “Spartak”ının hücumçusu Şamar Nikolson karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az saytının məlumaıtına görə, Yamayka millisinin üzvü “Fənərbaxça”nın maraq dairəsindədir.
Super Liqa təmsilçisi UEFA-nın Rusiya futboluna tətbiq etdiyi sanksiyalardan yararlanaraq, 25 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır. Hazırda futbolçunun meneceri ilə mümkün transferin təfərrüatları müzakirə olunur.
Qeyd edək ki, Şamar Nikolson “Spartak”a bu ilin yanvarında “Şarlerua”dan keçib.
0
0