Yol polisindən Militaoya cərimə
09.10.2023 - 22:18
Yol polisindən Militaoya cərimə

“Real”ın futbolçusu Eder Militao xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçinin avtomobili Madridin mərkəzində saxlanılıb.

Militao idarə etdiyi “Ferrari”nin şüşələrinin rənglənməsinə görə cərimələnib. Bu, İspaniya qanunları ilə qadağandır. Şüşələrin rənglənməsi üçün 36-150 avro cərimə nəzərdə tutulub.

Qeyd edək ki, mövsümün əvvəlində zədələnən Militao bu il meydana çıxmayacaq.

writer photo
Əlirza Əlirzalı
0