Moskvanın “Spartak” klubunun ulduzu Kuinsi Promes Birləşmiş Ərəb Əmirliklərində ev dustaqlığındadır.
Apasport.az xəbər verir ki, 32 yaşlı “qırmızı-ağ”lı hücumçu Hollandiyaya ekstradisiya oluna bilər.
Xatırladaq ki, fevralın ortalarında Amsterdam məhkəməsi Promesi narkotik qaçaqmalçılığı səbəbi ilə 6 il həbs cəzasına məhkum etmişdi. Fevralın 29-da Kuinsi BƏƏ-ni tərk edərkən Dubay hava limanında saxlanılıb.
Qeyd edək ki, bu Promesin müttəhimə çevrildiyi ilk cinayət işi deyil. O, bundan əvvəl əmisi oğluna hücum etdiyinə görə 18 ay həbs cəzası alıb. İstintaqın məlumatına görə, Kuinsi qohumunu dizindən bıçaqlayıb.