Super Liqada legioner limiti azaldıldı
11.01.2024 - 12:23
Super Liqada legioner limiti azaldıldı

Türkiyə Super Liqasında əcnəbi futbolçularla bağlı yeni qayda tətbiq ediləcək. 

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi saytında açıqlama yayıb.

Qərara görə, 2024/25 mövsümündən etibarən transfer edilən əcnəbilərin sayı 14-dən 12-yə endiriləcək. 3 mövsümdən sonra bu rəqəm 11 olacaq.

Digər bir qərara görə, qarşılaşma günü əcnəbi futbolçularla bağlı məhdudiyyət qoyulmayacaq. Əsas komanda siyahısına yazılacaq oyunçuların sayı  30-dan 26-ya endiriləcək. 

 

writer photo
Əlirza Əlirzalı
0