Super Liqanın ən gənc baş məşqçiləri: Arda Turan liderdir
12.08.2024 - 23:52
Super Liqanın ən gənc baş məşqçiləri: Arda Turan liderdir

"Transfermarkt" saytı Türkiyə Super Liqasının ən gənc məşqçilərinin siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, siyahıya Arda Turan liderlik edir.

37 yaşlı mütəxəssis Super Liqaya bu il yüksələn "Eyüpspor"un sükanı arxasındadır. 

Siyahıda 39 yaşlı Selçuk İnan ("Qaziantep") və Burak Yılmaz ("Kayserispor") da var. Onlar müvafiq olaraq 3 və 4-cü pillələrdə qərarlaşıblar. "Hatayspor"u çalışdıran 39 yaşlı Özhan Pulat isə 2-cidir. 

İlk onluqdakı digər baş məşqçilər Ali Çamdalı, Çağdaş Atan, Fatih Tekke, Sami Uğurlu, Aleks və İlhan Palutdur.

 

writer photo
Əlirza Əlirzalı
0