Qurban Qurbanov ən yaxşı məşqçilər siyahısında
28.09.2023 - 12:54
Qurban Qurbanov ən yaxşı məşqçilər siyahısında

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə planetin 500 mütəxəssisi yer alıb.

Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısı siyahıda  200-cüdür.

İkinci “100-lük”də yer alan 51 yaşlı mütəxəssisin hesabında 1594 xal var. Bu, son 4 ilin nəticələrinə əsasən hesablanan reytinq xalıdır.

Qeyd edək ki, siyahıya 2193 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0