Susoya Səudiyyə Ərərbistanı və Qətərdən təklif var
16.07.2023 - 16:37
Susoya Səudiyyə Ərərbistanı və Qətərdən təklif var

İspaniyalı yarımmüdafiəçi Suso Yaxın Şərqin iki klubundan təklif alıb.

Apasport.az saytı xəbər verir ki, futbolçu karyerasını Səudiyyə Ərəbistanı və Qətərdə davam etdirə bilər.

“Sevilya” ilə Avropa Liqasının qalibi olan Suso təkliflərə isti münasibət bəsləyir. İspan klubu bu keçid sayəsində maliyyə problemlərini həll etmək niyyətindədir. “Əl-Tavun” (Səudiyyə Ərəbistanı) və “Əl-Saad” (Qətər) futbolçunun meneceri ilə danışıqlara başlayıb. 

Qeyd edək ki, Susonun “Sevilya” ilə 2025-ci ilin iyunun sonunadək mqaviləsi var.
 

writer photo
Əlirza Əlirzalı
0