Ten Haq Marsialdan razı deyil
15.10.2023 - 12:34
Ten Haq Marsialdan razı deyil

"Mançester Yunayted" bir futbolçusunu satışa çıxarıb.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” 
Antoni Marsialı sərfəli təklif olacağı təqdirdə göndərməyə hazırdır.

İngilislər 27 yaşlı hücumçunun oyunundan narazıdır. Xüsusilə komandanın baş məşqçisi Erik Ten Haq fransız forvardın məhsuldarlığının aşağı olmasından şikayət edir.

Qeyd edək ki, bu mövsüm Mançester təmsilçisi ilə 9 matça çıxan Marsial aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdıra bilib.

writer photo
Əlirza Əlirzalı
0