Ten Haqdan futbolçularına MARAQLI JEST
24.01.2023 - 14:43
Ten Haqdan futbolçularına MARAQLI JEST

İngiltərə Premyer Liqasının “Kristal Pelas”la oyunundan (1:1) sonra “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq maraqlı jestlə diqqət mərkəzinə düşüb.

Apasport.az saytı xəbər verir ki, niderlandlı mütəxəssis şaxtalı havanı nəzərə alaraq futbolçuların hər birinə maşının ön şüşəsinin buzunu əridən maye hədiyyə edib.

Hətta Londondan evə qayıdan təyyarənin reysinin qarlı hava səbəbindən başqa vaxta dəyişdirilmə ehtimalı olsa da, pilotlar Mançesterə uğurlu eniş edə biliblər. 

Baş məşqçinin daha bir sürprizi isə yeni aşpazla bağlı olub. Ten Haq oyunçuların mümkün olan ən yaxşı qidalanmasını təmin etmək yeni işçi ilə müqavilə bağladıb.

writer photo
Əlirza Əlirzalı
0