Ter Ştegen 400-ə çatdı
09.03.2024 - 09:36
Ter Ştegen 400-ə çatdı

“Malyorka” ilə qarşılaşma "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub. 

Apasport.az xəbər verir ki, 400-cü dəfə “Barselona”nın heyətində meydana çıxıb.

Almaniyalı qapıçı Kataloniya klubunun heyətində bu göstəriciyə çatan 3-cü legioner kimi tarixə düşüb.

400-cü dəfə “Barselona”nın formasını geyinən almaniyalı yalnız Lionel Messi (778 oyun) və Dani Alveşdən (408 oyun) geri qalır.

Qeyd edək ki, Mark-Andre 2014-cü ildən Kataloniya təmsilçisinin heyətində çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0