Ter Ştegen "Barselona"dan ayrıla bilər
24.02.2024 - 15:25
Ter Ştegen "Barselona"dan ayrıla bilər

"Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen komandasını dəyişə bilər.

Apasport.az xəbər verir ki, alman qapıçı Səudiyyə Ərəbistanı çempionatının adı açıqlanmayan klubu ilə danışıqlara başlayıb.

Tərəflər razılaşarsa, müqavilə yay "transfer pəncərəsi"ndə tamamlana bilər.

Mark-Andre 2014-cü ildən "Barselona"da oynayır. Tərəflər arasında mövcud müqavilə 2028-ci ilin yayında başa çatır. Qapıçının transfer qiyməti 35 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm Ter Ştegen Kataloniya nəhəngi üçün 20 oyun keçirib və 28 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0