Tete rəsmən "Qalatasaray"dan getdi - Qazandırdığı məbləğ
25.07.2024 - 12:41
Tete rəsmən "Qalatasaray"dan getdi - Qazandırdığı məbləğ

Super Liqa təmsilçilərindən "Qalatasaray" daha bir üzvü ilə sağollaşıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Klubdan verilən açıqlamada "sarı-qırmızılar"ın Tete ilə yollarını ayırdığı bildirilib. 

Braziliyalı futbolçu Yunanıstan təmsilçisi "Panatinaikos"a keçib. Yunanlar Tete üçün İstanbul klubuna 4 milyon 750 min avro transfer haqqı ödəyəcək.

Qeyd edək ki, Tete "Qalatasaray"a 2023-cü ildə Ukraynanın "Şaxtyor" klubundan keçmişdi. 

writer photo
Əlirza Əlirzalı
0