“Alaniya”nın sabiq futbolçusuna 5 illik həbs 
21.06.2022 - 13:43
“Alaniya”nın sabiq futbolçusuna 5 illik həbs 

“Alaniya”nın sabiq futbolçusu Teymuraz Karatsevin məhkəməsi olub.

Apasport.az saytının məlumatına görə, futbol veteranı fırıldaqçı əməlləri üzündən 5 illik həbs cəzası alıb.

Şimali Osetiyadan olan sabiq futbolçu məşhur idmançılardan pul qoparırmış. O, sosial şəbəkələrdə həmin şəxslərə dostlarının adından yazaraq 5-75 min rubl məbləğində borc alıb.

Karatsevin tələsinə basketbolçular Kayl Hayns və Semyon Antonov, futbolçu İlie Çebanu, karate məşqçisi Sergey Dyaçko, qadın futbolçular Alsu Abdullina və Yuliya Bessonova düşüb. Rusiyanın xalq artisti Edqard Zapaşnı da bu fırıldağın qurbanı olsa da, dərhal baş verənləri sosial şəbəkələrdə yayıb. Nəticədə osetiyalının əməlləri üzə çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0