TFF-dən İspaniya modeli: VAR qeydləri açıqlanacaq
31.01.2024 - 16:18
TFF-dən İspaniya modeli: VAR qeydləri açıqlanacaq

Türkiyə Futbol Federasiyası (TFF) kritik qərar verməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, qurumun həyata keçirməyi hədəflədiyi qərarlardan biri də VAR qeydlərinin açıqlanmasıdır.

Federasiya İspaniya La Liqasında həyata keçirilən model əsasında sistem quracaq.

Bu məsələ ilə bağlı işlərini davam etdirən TFF, İspaniya La Liqasındakı kimi matçlar bitdikdən sonra VAR danışıqlarını dərc etməyi hədəfləyir. Sözügedən tətbiq üçün testlər davam edir.

Həmçinin, Almaniyada tətbiq edilən modelə əsaslanaraq, 5 nəfərlik idarə heyətində 3 nəfərin federasiya, 2 nəfərin isə klublar tərəfindən təyin olunduğu hakim idarəetmə sisteminin tətbiqinin planlaşdırıldığı bildirilib.

 

writer photo
Əlirza Əlirzalı
0