TFF prezidenti Super Kubok finalı üçün Azərbaycanı düşünmür
14.10.2023 - 20:14
TFF prezidenti Super Kubok finalı üçün Azərbaycanı düşünmür

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Super Kubok oyununun Azərbaycanda keçirilmək perspektivindən danışıb.

Apasport.az xəbər verir ki, qurum rəhbəri matçın Almaniyada təşkil olunmasını istədiklərini,  amma təhlükəsizlik səbəbindən buna icazə verilmədiyini deyib: "İngiltərəni variantını düşündük, eyni vəziyyətlə üzləşdik. Heç bir Avropa ölkəsi icazə vermir. Azərbaycan deyir ki, Super Kubok oyununu bizdə keçirin, ancaq orda pul yoxdu. Səudiyyə Ərəbistanı təxminən 120 milyon dollar ödəməklə dünya ulduzlarını ölkəsinə transfer edir. Superkubokun Səudiyyə Ərəbistanında təşkili türk futbolunun imici üçün faydalı olacaq. Danışıqlarımız davam edir".

writer photo
Əlirza Əlirzalı
0