Tonali “Arsenal”ın hədəfində
10.08.2022 - 22:14
Tonali “Arsenal”ın hədəfində

“Milan”ın futbolçusu Sandro Tonali karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Arsenal”ın maraq dairəsinə düşüb.

London təmsilçisi transferlə bağlı danışıqlara başlayıb. “Milan” 22 yaşlı futbolçusunu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, “rossonyeri” Tonali ilə yeni müqavilə imzalamağa hazırlaşır.
 

writer photo
Əlirza Əlirzalı
0