Toni Kroos Səudiyyə Ərəbistanına getmədi
13.06.2023 - 15:02
Toni Kroos Səudiyyə Ərəbistanına getmədi

Almaniya millisinin sabiq futbolçusu Toni Kroos Səudiyyə Ərəbistanına köçməkdən imtina edib.

Apasport.az saytı xəbər verir ki, Madrid "Real"ının yarımmüdafiəçisi ərəblərin təklifinə mənfi cavab verib.

33 yaşlı Kroos yüksək maaşla üç illik müqavilə təklif olunub. Lakin o, bundan imtina edib. 2014-cü ildən ispanların şərəfini qoruyan almaniyalı daha əvvəl Madrid "Real"ı ilə müqaviləsini uzadacağını təsdiqləyib. 

Qeyd edək ki, son mövsümdə 50 matçda iştirak edən Toni 2 qol və 5 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0