Toni Kroosun PROQNOZU
02.10.2022 - 16:43
Toni Kroosun PROQNOZU

“Real”ın futbolçusu Toni Kroos DÇ-2022-nin əsas favoritini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq yarımmüdafiəçisi Qətərdəki mundialda Braziliyanı üstün sayır.

O, pentakampeonların çempionluğa əss namizədliyini proqnozlaşdırır: “Braziliya yığması çox güclüdür. Bu komandada “Real”ın bir neçə futbolçusu da oynayır. Mən hər gün onların məşqini görürəm. Braziliya hər matçda qələbə qazanır. Onlar qalib gəlməyə acdırlar. Braziliya qarşıdakı dünya çempionatının əsas favoritidir”.

Qeyd edək ki, Toni yığma karyerasını ötən yay keçirilən AVRO-2020-dən sonra başa vurub.

writer photo
Əlirza Əlirzalı
0