Platini VAR-a “yox” deyir
08.05.2023 - 21:19
Platini VAR-a “yox” deyir

“VAR futboldakı problemin yerini dəyişib. İndi hər toxunuş fola çevrilib”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın sabiq prezidenti Mişel Platini deyib.

Fransa millisinin sabiq futbolçusu VAR-dan istifadənin əleyhdarlarına qoşulub. O, bu yeniliyin mənfi tərəflərindən narazıdır: “Hakim epizodlarla bağlı qərarı monitorun ekranı arxasında deyil, meydanda verməlidir. Yeni texnologiyalardan yalnız qolun və ofsaydın müəyyənləşdirilməsini saxlayardım”.

Qeyd edək ki, Platini 2007-15-ci illərdə UEFA-ya rəhbərlik edib.

writer photo
Əlirza Əlirzalı
0