“Torino”nun müdafiəçisinə dörd təklif
16.12.2023 - 15:45
“Torino”nun müdafiəçisinə dörd təklif

“Torino”nun futbolçusu Alessandro Buondjorno klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, müdafiəçi İtaliya nəhənglərinin maraq dairəsindədir.

Onun xidmətində “İnter”, “Yuventus” və “Roma” maraqlıdır. Müdafiəçiyə başqa ölkələrdən də təkliflər var.

O, İngiltərəyə köçə bilər. “Çelsi” arxa xətt oyunçusunun keçidini həll etmək niyyətindədir.

writer photo
Əlirza Əlirzalı
0