“Hapoel” Kadi Borqesdən əl çəkmir
30.06.2022 - 10:58
“Hapoel” Kadi Borqesdən əl çəkmir

Beer-Şeva “Hapoel”i “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqesin transferində israrını davam etdirir.

Apasport.az saytı xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, ön xətt üçün bir neçə oyunçu ilə danışıq aparan “Hapoel” rəhbərliyi üçün prioritet məhz braziliyalı hücumameyilli oyunçudur.

Beer-Şeva klubunun 400 min avroluq ilk təklifi qəbul edilməyib. Məqalədə vurğulanıb ki, israillilər keçidin həllinə inanırlar: “Qarabağ” aparıcı futbolçusunun transferi üçün yüksək məbləğ tələb edir. Ancaq Azərbaycan təmsilçisi Kadinin müqaviləsinin gələn ilin yayına qədər olduğunu da başa düşür. Futbolçu klubu ilə yeni sözləşmə bağlamasa, 2023-cü ilin yayında azad agent kimi oranı tərk edəcək. Bu üzdən “Qarabağ” əsas ulduzlarından biri olan Borqesi bu yay sata bilər”.

Ancaq “Hapoel” rəhbərliyi Kadi Borqes məsələsi üzərində çox dayanmayacaq. Danışıqlar yaxın müddətdə müsbət nəticə verməsə, klub başqa variantlara yönələcək.

Qeyd edək ki, Kadi Borqes ötən mövsüm 12 qolla Premyer Liqanın bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0