Premyer Liqa: XXXV turun 2 oyununda VAR hakimi əcnəbi olacaq
18.05.2024 - 12:31
Premyer Liqa: XXXV turun 2 oyununda VAR hakimi əcnəbi olacaq

Azərbaycan Premyer Liqasında XXXV turun üç oyununun VAR təyinatları açıqlanıb.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki qarşılaşmada VAR hakimləri əcnəbi olacaq.

"Sabah" - "Sumqayıt" görüşündə belçikalı Natan Verbumen iş başında olacaqsa, "Səbail" - "Neftçi" matçına italiyalı Davide Qersini nəzarət edəcək.

Azərbaycan Premyer Liqası 

XXXV tur
18 may

17:00. “Sabah” – “Sumqayıt”
VAR: Natan Verbumen
AVAR: Əliyar Ağayev

17:00. “Səbail” – “Neftçi”
VAR: Davide Qersini
AVAR: Eyyub İbrahimov

17:00. “Kəpəz” – “Zirə”
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov

writer photo
Əlirza Əlirzalı
0