Abbas Hüseynov: "İkinci mərhələdə "Hamrun"la düşməyimizi istəyərəm" - Müsahibə
22.06.2024 - 15:03
Abbas Hüseynov: "İkinci mərhələdə "Hamrun"la düşməyimizi istəyərəm" - Müsahibə

"Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov apasport.az saytına müsahibə verib

-  "Qarabağ" Çempionlar Liqasında iştirak edəcək, özü də 2-ci mərhələdən başlayacaq. Bu komanda üçün yaxşıdır, yoxsa "Qarabağ" oynadıqca öz oyununu tutur deyə, elə birinci mərhələdən başlamaqları yaxşı idi?
- Sözün düzü, mən onun tərəfdarı idim ki, birinci mərhələdən başlayaq. Çünki nə qədərdir buradayam, bilirəm ki, biz hər oyundan-oyuna daha da yaxşı oluruq. Amma digər tərəfdən nə yaxşı ki, ikinci mərhələdən başlayırıq. Çünki artıq birinci mərhələni keçməyi fikirləşmirsən. 

- "Qarabağ"ın ikinci mərhələdəki potensial rəqibləri "Hamrun Spartans" və "Linkoln"dan biridir. Ötən mövsüm "Linkoln"u məğlub etmişdi. Malta çempionu olmuş "Valetta"nı da illər əvvəl məğlub etmişdiz. Demək olar ki, "Qarabağ" üçün ciddi rəqiblər deyil? 
- Xeyr, razı deyiləm. Axı belə anlam yoxdur futbolda. Ciddi rəqib yoxdur fikri ilə heç razı deyiləm. Əgər rəqib ora qədər gəlib çıxıbsa, demək ki, hər ikisi də ciddi rəqibdir. Bizim bu oyunlara ciddi hazırlaşmağımız lazımdır. Deyilənləri yerinə yetirməliyik ki, hansı rəqib olarsa, onu üstələyərək mərhələni keçək.

- "Qarabağ"ın ötən mövsüm Avropa Liqasındakı göstərdiyi performansdan sonra, bu sezon Çempionlar Liqasında qruplara qalacağınıza inananlar az deyil. Bunu reallaşdıra biləcək, yoxsa, heyət hələ çox güclənməlidir?
- Bilirsiz necədir, əgər biz baş məşqçimizin istədiyi kimi hər şeyi etsək, niyə də qruplara qalmayaq? Mən özüm də buna çox inanıram. Ancaq bu futboldur, hər şeyi öncədən demək olmur. Lakin dəqiq odur ki, biz vuruşacağıq, əlimizdən gələni edəcəyik ki, qruplara qalaq. 

- Musa Qurbanlının qayıtmasına münasibətin necədi? Yəqin ki, buna sevindin? 
- Əlbəttə, Musanın qayıdışına çox sevindim. O, mənim həm otaq yoldaşım olub. Həm də, yaxın dostumdur. Üstəlik, Musa çox yaxşı futbolçudur. Ona "Qarabağ"da uğurlar arzulayıram. 
 
- Hətta, Kadi Borges və Mahir Emrelinin geri qaytarılması da gündəmdədir. Bu barədə fikrin necədir?
- Əslində, bu məsələyə də münasihətim əladır. Həm Kadi, həm Mahir çox yaxçı futbolçulardır. Onlarla birlikdə oynamışam, bilirəm. 
 
- ÇL-in ikinci mərhələsində "Hamrun Sport", yoxsa "Linkoln"u gözləyirsən?
- Sözün açığı, "Linkoln" bizə tanış rəqibdir. Onlarla qarşılaşmağımızı istəyərəm. Amma orada da bir məsələ var ki, onların oynadığı stadion sünii örtüklüdür. Buna görə də onları istəmirəm. Elə bu səbəbdən "Hamrun"la düşməyimizi istəyərəm. Amma necə olacağını zaman və oyunlar göstərəcək.

writer photo
Əlirza Əlirzalı
0