Abdullahi Şuaybu: “Buna görə özümə nifrət etdim” - MÜSAHİBƏ
03.04.2023 - 17:19
Abdullahi Şuaybu: “Buna görə özümə nifrət etdim” - MÜSAHİBƏ

“Kəpəz”in futbolçusu Abdullahi Şuaybunun apasport.az saytına müsahibəsi

- “Səbail” üzərində qələbənizi necə şərh edərdin?
- Kollektiv oyun nümayiş etdirdik və sevimli azarkeşlərimizin önündə qələbəyə sevindik. Bu, insanı xoşbəxt edir. 

- Matçda yeganə qolu sən vurdun və onu da anana həsr etdin. Həmin anları necə izah edərdin?
- Bəli, vurduğum qolu sevgili anama həsr etdim. Çünki keçən cümə anamın vəfatından 6 il keçdi. Onun üçün dua etməyimə kömək edən bütün Azərbaycan xalqına təşəkkür edirəm.

- “Sabah”la matçda qırmızı vərəqə aldığın üçün 2 oyunda iştirak etmədin. Həmin period sənin üçün necə keçdi?
- Təbii ki, çox darıxdırıcı oldu. Buna görə hətta özümə nifrət də etdim. Artıq geridə qaldı, qayıtdım və komandam üçün mübarizə aparıram. 

- Səni Premyer Liqada mövsümün tapıntısı adlandırmaq olar. Heç kim səndən bu cür performans gözləmirdi. Azərbaycan Premyer Liqası sənə asan gəlir?
- Azərbaycan Premyer Liqası karyeramda ilk yüksək liqadır. Hər zaman ən yaxşısı üçün çalışıram.

- “Kəpəz”in meydançası bərbad vəziyyətdədir, maaş problemi də olduğu bilinir. Bu cür şəraitdə meydana çıxıb oynamaq çətin gəlmir?
- Bəli, oyunçular üçün bu cür vəziyyətdə qalmaq çətindir. Lakin heç bir şey əbədi deyil. Vəziyyətimizin dəyişəcəyinə çox inanıram.

- Artıq bir çox komandalar səninlə maraqlanır. Yeni mövsümdə səni yenə “Kəpəz”də görəcəyik?
- Hələ qarşıda matçlarımız var. Onları oynamalıyıq. Buna görə də qalan qarşılaşmalara fokuslanmaq və komandama kömək etmək istəyirəm. Heç kim sabah nəyin necə olacağını bilmir. İndi “Kəpəz”in qarşıdakı matçlarını düşünürəm. 

-  “Neftçi” və “Qəbələ”nin səni transfer etmək istəməsi ilə bağlı xəbərlər dolaşır. Bu komandalardan birində oynamaq istəyirsən?
- Mən əcnəbi olduğum üçün bəzi şeyləri anlamağa çalışıram. Başqa seçimim də yoxdur. Sadəcə, ailəmə, dostlarıma, özümə kömək edə biləcəyim bir şey əldə etmək istəyirəm.

- Növbəti turda “Qarabağ” qarşısına çıxacaqsınız. Həmin matçdan xalla ayrılmağınız mümkündür?
- “Qarabağ”a qarşı oynamaq normaldır. Doğrudur, güclü rəqibə qarşı mübarizə aparacağıq. Amma maksimumu ortaya qoyacağıq. Necə alınacağını isə matç göstərəcək.

writer photo
Əlirza Əlirzalı
0