Arteta cəzalandı
06.12.2023 - 10:18
“Arsenal” Premyer Liqanın növbəti oyununa baş məşqçisiz çıxacaq.
Apasport.az xəbər veirr ki, London klubunun çalışdırıcısı Mikel Arteta cəzalı duruma düşüb.
Mütəxəssis mövsümdə üçüncü dəfə sarı vərəqə ilə cəzalandığı üçün növbəti turu buraxacaq. O, “Luton Taun”la qarşılaşmada xəbərdarlıq alıb. Arteta “Aston Villa” ilə görüşdə texniki zonada olmayacaq.
Qeyd edək ki, “topçular” səfər qarşılaşmasında 4:3 hesablı qələbə qazanıb.
0
0