Türkiyə klubu Torreslə maraqlanır
03.04.2024 - 12:59
Hüquqları İspaniyanın "Sevilya" klubuna məxsus olan yarımmüdafiəçi Oliver Torres karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Apasport.az xəbər verir ki ,"Trabzonspor" Torreslə maraqlanır. Türkiyə klubunun rəhbərliyi futbolçuya 3+1 illik müqavilə təklif edib.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının bu mövsümündə 25 oyuna çıxaraq, 1 məhsuldar ötürmə edib. Futbolçunun "Sevilya" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
0
0