“Çelsi”nin hücumçusuna Berlindən müştəri
10.07.2023 - 16:53
“Çelsi”nin hücumçusuna Berlindən müştəri

“Çelsi”nin futbolçusu David Fofana karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçunun xidmətində “Union” maraqlıdır.

Berlin klubu Fofananı icarəyə götürmək istəyir. Paytaxt təmsilçisi forvardın keçidini yaxın günlərdə reallaşdırmaq fikrindədir.

Qeyd edək ki, David bu ilin yanvarında “Molde”dən “Çelsi”yə keçib. Onun üçün 12 milyon avro ödənilib.

writer photo
Əlirza Əlirzalı
0