"Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq
28.08.2024 - 17:56
"Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq

Xorvatiyanın "Dinamo" klubu Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində bu gün Bakıda "Qarabağ"ın qonağı olacaq.

Apasport.az xəbər verir ki, Zaqreb təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

"Dinamo"nun müdafiəçiləri Stefan Ristovski, Mauro Perkoviç və Dina Periç Azərbaycan çempionu ilə matçda meydana çıxa bilməyəcək. Yarımmüdafiəçi Arijan Ademinin oynayıb-oynamayacağı isə sual altındadır.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika keçiriləcək. Komandalar arasında baş tutan ilk oyun isə zaqreblilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0