"Tottenhem" gözünü Fransaya çevirib
29.11.2023 - 20:16
"Tottenhem" gözünü Fransaya çevirib

"Tottenhem" müdafiə xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, London klubu "Nitsa"nın müdafiəçisi Jan-Kler Todibonun transferində maraqlıdır.

Fransa millisinin də şərəfini qoruyan futbolçunun hazırkı komandası ilə müqaviləsi 2027-ci ilə qədərdir. “Nitsa” 24 yaşlı arxa xətt oyunçusunu satmağa hazırdır. Premyer Liqa təmsilçisi bu keçid qarşılığında 40 milyon funt sterlinq ödəməli olacaq.

Qeyd edək ki, bu mövsüm 11 matçda iştirak edən Todibo 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0