“Tottenhem” onu satacaq
16.11.2022 - 00:37
“Tottenhem” onu satacaq

“Tottenhem” futbolçusu Tanqi Ndombeleni satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi “Napoli”yə transfer oluna bilər.

Fransalı futbolçu hazırda da Neapol təmsilçisinin formasını geyinir. O, İtaliya klubunda icarə əsasında çıxış edir. Apenninlilər onun transfer hüququna yiyələnmək niyyətindədir.

İngiltərəlilər Ndombelenin satılmasına razılıq verib. Lakin onlar yalnız sərfəli şərtlər qarşılığında Tanqini satacaq.

Qeyd edək ki, yarımmüdafiəçinin transfer qiyməti 28 milyon avro ilə dəyərləndirilir.
 

writer photo
Əlirza Əlirzalı
0