“Barselona”dan yeni rekord – 25 oyuna 8 qol
13.03.2023 - 14:33
“Barselona”dan yeni rekord – 25 oyuna 8 qol

“Barselona” İspaniya La Liqasında daha bir rekordu yeniləyib.

Apasport. az saytı xəbər verir ki, Kataloniya klubu bu mövsüm keçirdiyi 25 oyunda qapısından cəmi 8 top buraxıb. 

Turnir cədvəlinin ilk pilləsində yer alan Xavinin yetirmələri bu oyunlarda 47 dəfə fərqləniblər.

Qeyd edək ki, əvvəlki nailiyyət 1990/91 və 1993/94 mövsümlərində 10 top buraxan "Atletiko" və "Deportivo"ya məxsus olub.

writer photo
Əlirza Əlirzalı
0