"Tottenhem" "Real Madrid"dən inanılmaz məbləğ istədi
06.08.2024 - 11:08
"Tottenhem" "Real Madrid"dən inanılmaz məbləğ istədi

Premyer Liqa təmsilçilərindən “Tottenhem” mərkəz müdafiəçisi Kristian Romeronu “Real”a satmaqdan imtina edib.

Apasport.az xəbər verir ki, ispan nəhəngi bu yay argentinalı almağa çalışsa da, rədd cavabı alıb.

Məlumata görə, "Los Blancos" ilin əvvəlində Romeronun mümkün transferi ilə bağlı "spurs"a müraciət edib, lakin London klubunun rəhbəri Daniel Levi futbolçu üçün inanılmaz  məbləğ istəyib.

Belə ki, Levi dünya çempionu üçün 175 milyon avro istəyib.

"Transfermarkt" portalının məlumatına görə, Kristian Romeronun dəyəri 65 milyon avrodur. Ötən mövsüm 26 yaşlı futbolçu Premyer Liqada 33 matçda 5 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0