“Tottenhem” Rişarlisonu açıqladı
01.07.2022 - 12:12
“Tottenhem” Rişarlisonu açıqladı

“Everton”un hücumçusu Rişarlisonun “Tottenhem”ə transferi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, London klubu Braziliya millisinin üzvünü videoçarxla təqdim edib.

Transferin detalları barədə məlumat verilməsə də, bu keçidin liverpullulara 70 milyon avro qazandırdığı bildirilir. 25 yaşlı forvard özü isə yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Everton”a 2018-ci ildə “Uotford”dan keçib.
 

writer photo
Əlirza Əlirzalı
0