“Tottenhem”dən Zaniolo cəhdi
16.08.2022 - 00:33
“Tottenhem”dən Zaniolo cəhdi

İngiltərə “Tottenhem”i Nikolo Zaniolonun transferi üçün növbəti cəhdini edəcək.

Apasport.az saytının məlumatına görə, London klubu yarımmüdafiəçinin məxsus olduğu “Roma” ilə danışıqların bərpasında maraqlıdır.
 
İtaliyalılar futbolçu üçün 50 milyon avro istəyir. “Canavarlar”ın baş məşqçisi Joze Mourinyo 23 yaşlı oyunçunun sonradan 50 milyona alınmaq şərtilə icarəyə verilməsinə qarşı çıxıb. O, “Tottenhem”in futbolçunu birbaşa almasını tələb edir.

Qeyd edək ki, 2018-ci ildən “Roma”da çıxış edən Zaniolo 111 görüşdə 22 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0