"Tottenhem"i pula görə ərəblərə dəyişir
11.05.2023 - 15:13
"Tottenhem"i pula görə ərəblərə dəyişir

Qapıçı Uqo Lloris "Tottenhem"i tərk edə bilər.

Apasport.az saytı xəbər verir ki, 36 yaşlı fransalı Səudiyyə Ərəbistanına köçmək arzusundadır.

O, "Tottenhem"lə müqaviləsinin olmasına baxmayaraq komandasını dəyişmək istəyir. Artıq ərəb klublarından da təklif aldığı və İngiltərə klubu ilə müqayisədə 3 dəfə çox maaşa gedəcəyi bildirilir. 

Qeyd edək ki, 2012-ci ildən “Tottenhem”in şərəfini qoruyan veteran qolkiper bu mövsüm 31 oyunda meydana çıxaraq qapısından 45 top buraxıb.

writer photo
Əlirza Əlirzalı
0