"Tottenhem"in sabiq futbolçusu faciəvi şəkildə öldü
19.01.2023 - 20:26
"Tottenhem"in sabiq futbolçusu faciəvi şəkildə öldü

Amerikanın "Şarlott" klubunun müdafiəçisi Anton Volks 25 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, ingilis futbolçu Mayamidə qayıqla qəzaya uğrayıb.

Bir gün əvvəl Volks xilasedicilər tərəfindən huşsuz vəziyyətdə tapılıb. O, ürək-ağciyər reanimasiyasına aparılsa da, idmançının həyatını xilas etmək mümkün olmayıb. Cümə axşamı onun öldüyü məlum olub.

Qeyd edək ki, Anton Volks karyerasına 2016-cı ildə bir matçda çıxış etdiyi "Tottenhem"də başlayıb. O, həmçinin "Portsmut"da, "Atlanta Yunayted"də oynayıb, 2021-ci ilin dekabrından "Şarlott"a qoşulub. ABŞ və Kanada Böyük Futbol Liqasında (MLS) Volks 91 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0